Trabzon havası
Bu gün yuxudan oyananda yağış yağdığını gördüm. Nəzərə alsaq ki, bu ay aprel ayıdır və aprelin əvvələri çox isti olub və bu yağış isti səhrada susamış insanlar kimi ruhumda yağışın romantikasina o qedər susamışdı. Nə isə… Gözümü açanda tez pəncərəni açdım. İsti hava və sifətimə damlayan yağış, gözlərimi yumub havanı qoxlayanda isə torpağın qoxusu məni xatirələrə, daha doğrusu 1 il bundan əvvələ – Trabzona apardı. Oranın havası da eynən Bakının havası kimidir. İsti, rütübətli və insanlarıda bizim kimi dəliqanlı eyni zamanda istiqanlıdır. Karadeniz Texniki Universitetin yurdu (yataqxanaya Türkiyədə yurd deyirlər. Amma yataqxana sözündən məncə yurd sözü nə qədər mənalı və istidir. Yataxana deyəndə ancaq göz önünə ucuz bir gecəlik motellər gəlir) göz önünə gəldi. Bu yurdda Türkiyənin müxtəlif yerlərindən 2000 minəcən gənc, könüllü olaraq “Avropa olimpiya oyunlarında” çalışmaq üçün gəlmişdi. Biz hər gecə 3 – cən oturur, müxtəlif oyunlar oynayır, mahnı söyləyirdik. Ən xoşuma gələn isə türk gənclərinin bizim “Ayrılıq” mahnısını, biz isə “Ağrı dağın ətəyində” (mahnının dəqiq adını bilmirəm) söyləyirdik, gecənin kluminasiyası isə birlikdə “Çırpınırdı Qara dəniz” mahnısını birlikdə söyləməyimiz idi.
Trabzon Qara dənizin kənarında olmasına baxmayaraq oranın çimərlikləri o qədər də çox deyil. Dənizin kənarı dağlıq olduğu üçün otellər öz sahəsində qum tökərək sünü çimərlik açıblar. Amma bu çimərlikdən adi insanlar da adam başı 5 lira verməklə istifadə edə bilər. Amma 10 liraya dənizin kənarında gözəl hovuz var. Biz də elə hovuza gedirdik. Bura əsasən gənclər gəlirdi və çox maraqlı bir şeylə qarşılaşdım. Türkiyədə oğlanlar qızlarından daha çox özlərinə baxandır(Biz qaldığımız yurtda oğlanlar bir mərtəbədə qızlar isə digər mərtəbədə qalır və mən qaldığım otağımın önü hamam idi “nə çəkdiyimi indi anlarsız”) və hər səhər kütləvi şəkildə fen səsinə oyanırdım, hamı saçlarını “uklatka” edib səhər yeməyinə enirdi. Təkcə Azərbaycan heyəti idi ki, səhər üzünü güclə yuyub əli ilə saçını darayıb yeməkxanaya enirdi. Hamı idmançı bədənli və qızlardan fərqli olaraq özlərini kremləyib uzanaraq qaralmaq üçün gün banyosunu qəbul edirdilər. Bir də bizdən fərli olaraq hərə öz istirahətini edirdi. Heçkim heçkimi güdmür, sataşmır və axşamkı qeybət üçün material yığmırdı. Hamı, bir sözlə istirahət edirdi. Keçək Türkiyədəki yeməklərə: deyim ki, Türkiyənin şirnisi yeməklərindən daha dadlıdır.Ət baha olduğundan yeməyə ətdən daha çox səbzə istifadə edirlər. Yeməyimdə ət görəndə sözün əsl mənasında sevinirdim. Ancaq doyunca əti qayıdanda Tiflisdə yemişdim. Təsəvür edirsiz də, Azərbaycanlı oğlan 15 gün ətsiz necə yaşayıb. daha artıq oxu »
Xarıbülbül
Pəncərənin kənarında oturub xəyala dalmışdı. Xəyallar onu uzaqlara, şəhərdən dağlara aparmışdı. O əslində yaşadığı Bakının övladı deyildi. Neft qxhulu dəniz, daş karxanasına bənzər gözəl qəfəs onun yeri deyildi. O dağların qoynunda ucalan şəhərin – Şuşanın övladı idi, orada onun uşaqlığı, gəncliyi keçmişdi.
- Nənə, yatmaq istəyirəm -Ayaz nənəsini istəyir.
- Hə, qadan alım, gəlirəm
Qocalmış əllərini taqətdən düşmüş dizlərinin üzərinə qoyaraq ayağa qalxdı. Ayağlarını arxasınca sürüyərək nəvəsini yataq otağına gətirdi. Nəvəsini əzizləyə – əzizləyə soyundurdu.
- Köpəy oğlu, gir yerinə, soyuq olar sənə!
- Nənə, əlindəki kitab nədir?
- Qurandır, oğlum.
- Quran – Allah babanın kitabı?
-Hə, oğlum, Allah babanın kitabı. daha artıq oxu »
Nar bayramı
Hər bir xalqı xarakterizə edən və bəzən də onun siması olan simvollar var. Bu simvolar çox vaxt əhalinin yaşadığı regiona xas olan meyvələr olur. Məsələn, yunanların zeytun budağı və ya zeytun, Afrika ölkələrinin kakos, Cənubi Amerika ölkələrində kofe, Ərəb ölkələrində xurma və s. Bu siyahını daha da uzatmaq olar. Xoşbəxtlikdən musiqidə muğam, alətlərdə tar, kamança, balaban, saz, yeməklərdə plov, kabab və s., şirniyyatlarda paxlava, şəkərbura, bayramlarda Novruz, naxışlarda isə səkkiz guşəli ulduz, buta, şəbəkə və s. Bunlara harda rast gəlsən o dəqiqə bilmək olar ki, söhbət Azərbaycan mədəniyyətindən gedir. Meyvələrin içində isə bizim xalqı xarakterizə edən Nardı. Nara bizim xalq nağıllarımızda , əfsanələrimizdə rast gəlmək olar. Qədimdə bir gizli xəbəri kiməsə çatdırmaq istəyəndə ona əşyalarla narı da göndərirdilər. Nar xalq arasında sirlilik, zənginlik, xoş xəbərin müjdəçisi kimi də yozulur. Qida rasyonumuzda da nar məhsulları geniş istifadə olunmaqdadır. Məsələm biz qızardılmış balığı narşarabsız yemirik. Nar şirəsi məclislərdə süfrənin bəzəyidir. Nar suyundan istifadə edərək, mən deyərdim ki, plovların ən dadlılarından biri – şincan bişirilir. daha artıq oxu »
Niyə?
Bu sualı, məncə, özünə ömründə bir dəfə də olsun verməyən tapılmaz. Hamı özünü tanıyandan özünü axtarmaqdadır. Əlbəttə ki, özümüzü anlamaq üçün bizlərə idealogiyalar yardım edir. Din, milliyyətçilik, kosmopolitizim, pofiqizim və s. Hərə öz ruhuna yaxın olanı qəbul edərək daxilindəki tarazlığı yaradır. Axı təbiyyət tarazlıqdan ibarətdir, insan da təbiyyətin bir hissəsi kimi bu qanunauyğunluğu əsas götürərək həmişə tarazlığı gözləməkdədir. Yaxşı, bir anlıq bu tarazlığı yaradan həyat kurallarımızın mənbəyindən yəni idealogiyalarımızdan vaz keçək. Onda ortaya bir sual çıxır: mən kiməm və bu dünyaya nəyə görə gəlmişəm? Yenə də bu sualın cavabını tapmaq üçün biz idealogiyamıza baş vurmalıyıq – axı ayrı cür olmur. Dindarlar bu dünyanın bir imtahan olduğunu, milətçilər millətin yucəltmək üçün hər bir kəsin bir missiya daşıdığını, kosmopolitlər sadəcə hamı insandır biz bu dünyanın sakini kimi yaşamalıyıq və yaranışımız bir təkamül prosesidir, pofiqistlər isə bu düşüncələri “fuck” deyərək heç bu barədə düşünmək belə istəmirlər. Amma bu sualın boşluğunda və bu suala idealogiyaların fərqli cavabına baxarkən doğurdan da hamının düz olduğunu anlayıram. daha artıq oxu »
Səfər
Sözün düzü, bu yazını elə səfərdə olarkən yazmaq istəmişdim. Komputerin olmaması və vaxt məhdudluğu bu ideyamı həyata keçirməyimə mane oldu. Nə isə, indi doğma vətəndəyəm və rahatlıqla xatirələrimi sizinlə bölüşə bilərəm. Başlayaq ayın on beşindən:
Biz qatarla Gürcüstana yola düşürdük. Qatarda olanları sizə danışmayacam, bilirəm ki, sizə maraqsız olacaq. Keçirəm əsas məsələ -Tiflisə. Tiflis Bakı qədər böyük olmasa da tarixi monastr və kilsələrinə baxanda tarixilik baxımından Bakıdan zəngin görsənir. Şəhər dağda yerləşdiyinə görə görüntüsü çox gözəldir. Ən maraqlısı odur ki, Kür çayının üzərində göy şüşələrdən tikilən körpünün üzərində toy gedirdi. Təsəvvürünüzə gətirə bilməzsiz necə qeyri – adi toy idi. Gəlin və bəyin dostları milli paltarları geyinərək buynuzdan şərab içir, deyib – gülürdülər. Körpünün tən ortasında keşiş üçün altar qurulmuşdu, o da necə deyərlər, cavan cütlüyün kəbinini kəsən kimi bəy və gəlin körpüdən enən kimi salınmış biri-birindən gözəl parkda şəkil çəkdirirdilər. Maraqlısı o idi ki, uşaqlar fontanlarda biz dənizdə çimdiyimiz kimi çimirdi. daha artıq oxu »
Zəngəzurum
Bu ad necə də bizim üçün əziz, ağrılı və haradasa əlçatmazdır. Bu torpaqlar əzəli türk torpağı olmasına baxmayaraq erməni daşnak, nijde düşüncəli ermənilər bizim əhalimizi öz dədə baba torpaqlarından didərgin salmışlar. Bu köçürmələrin yaşı yüz ildən qədim deyil amma bu yüz ildə bir ailə əsrin bütün dövrlərində kimisə itirmişdir. Vaxt olub ki, yüzlərlə ailə bir dəfəlik dünyadan silinmişdir. Rusların bizim üzərimizdə ağalığı ermənilərə böyük imkanlar verirdi. Söhbət təkcə silahlı, siyasi dəstəkdən söhbət getmir. Ermənilərin öz dini liderlərinin özlərinin seçməsi, erməni qəzetlərinə daha çox şərait yaradılması, ermənidilli məktəbləri bizimkilərdən daha çox olması. Onlara böyük üstünlük verilirdi .Erməni həmişə bilib ki, onun düşməni kimdir. Erməni düşməni tam məhv etməyin yollarını da çox gözəl bilib. Amma sıra bizə gələndə ruslar bizi unutqan olmağa məcbur elətdirirdi. daha artıq oxu »
Həyatın qanunu
Qaranlıq, tozlu bir yerdə bir üzü üstə nə qədər uzanmaq olar?! Onlar da üstümdən o yan-bu yana şığıyırlar. Bir anlıq özümü insan saydım, amma qəbiristanlıqda, ölü kimi. Nə yaxşı ki, insan deyiləm. Ən azı bu iyrənclər məni yeyərək məhv edə bilmirlər. Eh… həyata bax.
Səs…
Gülüş səsləri.
Darvazalar açıldı. daha artıq oxu »
Sülh komissyonu
Gördüyünüz kimi, məqaləmin adı çox gözəldir. Sülhü kim istəməz ki?! Amma sülh ədalətli olanda dayanaqlı olur. Amma nə edək ki, bizlərə təhrik etdikləri sülh bizim maraqlarımızdan kənar olub. Maraqlısı da odur ki, bizim ərazilər işğal olunandan sonra da düşmən doymur, o daha çox torpaq istəyir və zaman keçdikcə ərazilərimizə basqın edir və yenə də işğal edir. Bu tam təbiidir, axı onlar biz deyil. Bizim əlimizdə qüvvə olanda biz kimlərisə məhv etmək fikrində olmamışıq. Amma onlar tam tərsinə: əllərinə imkan düşdükcə körpəni də öldürməkdə çəkinmirlər. Onların nifrətinin bir səbəbi var, o da türk – müsəlman kimliyimizdir. Mən əsrin əvvəllərində baş verənləri və o hadisələri qələmə alan klassiklərimizdən misal gətirmək istəyirəm ki, anlayaq ki, bu problemlər yeni deyil, bizim babalarımız da bu problemləri yaşayıb. Biz o problemləri araşdıraraq çalışmalıyıq ki, o səhvləri bir daha buraxmayaq. Mənim fikrimcə məğlubiyyətimizin sonu və digər məğlubiyyətimizin başlanğıcı bizim milli maraqlarımızdan kənar olan sülh müqaviləsinə qol qoymağımızdır. daha artıq oxu »
Bomjla söhbət
- Bu gün necə də istidir. Havam çatmır ee…
- Demə, qağa, demə. Dünənki havaya bax, adam soyuqdan çölə çıxmaq istəmirdi. Amma indi elə bil iyul ayıdır, bircə dəniz çatmır.
- Ala, buna bax, gör nə gündədir.
- Kimi deyirsən?
- Ala, bomju deyirəm. Bu tərəfə gəlir!
- Eh, səhərdən bu parkda oturmuşuq, görmədiyimiz insan olmayıb, bircə bomj çatışmırdı.
Uzaqdan balacaboy, əynində cırıq -cındır geyinmiş, saçları çirkindən vız edən ağsaq bir qadın gəlib yanımızda əyləşdi.
Bir dost digərin qulağına astaca pıçıldayaraq:
- Ala, burda başqa yer yoxdur ki, gəlib burada oturub.
- Ay da, bundan gələn iyə bax, beynim çatdadıye…
Bomj skamyada əyləşər-əyləşməz çopur üzünü cavan oğlanlara çöndərərək dilləndi:
- Salam, qədeşlər. daha artıq oxu »
Bizim işimiz
Nə deyim, sözün düzü, bilmirəm. Bu haqda yazmışam və yazacağam da. Çünki mənim xalqım indiki problemləri indiki zaman rakursundan baxıb beyin sındırır. Daha demir ki onun babası da bu problemləri yaşayıb. Yaşayıb deyəndə ki nəyi var əziyyətini çəkib desəm daha düzgün olar. O zamanın hökuməti də heç biz tərəf olmayıb, hey ermənilərin tərəflərini tutublar . İndiki zamana baxanda min şükür: dövlətimiz özümüzündür. Bircə qalır Şuşanı qaytarıb orada rahat yaşamaq. Amma unutmayaq ki, Qafqazda yenə də rus qağa ağalıq edir və hər vəchlə öz qondarması olan erməni daşnaklarına yardım edir ki, onlar öz düşmənçiliyindən qalmasınlar. Ermənini düşmən saymayıb rusu düşmən sayanlara demək istərdim ki, rus aləmi qatır bir – birinə, amma ona o şəraiti yaradan elə erməninin özüdür. Əgər bizim bu kiçik qonşumuz bizi qırmaq istəməsə onu yoldan çıxartmaq mümkün olmaz. Nə isə, bizdə bu aciz qonşuya ürək yumşaqlıq həmişə olub və olacaq da. Amma mən istərdim ki, bu ürəkyanarlıq düşmənə deyil, öz xalqımıza olsun. Biz unutmayaq ki, problemlərimizə elə özümüzün canı yanacaq digərləri ancaq maraq baxımından bizə yanaşıb istədiklərini alandan sonra bizi tərk edəcəklər. Keçək əsas məsələyə… daha artıq oxu »
-
Arxivlər
- Aprel 2012 (1)
- November 2011 (1)
- Oktyabr 2011 (2)
- Avqust 2011 (1)
- İyul 2011 (1)
- İyun 2011 (5)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər



